1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Yəhya Kərimovun elmi-pedaqoji fəaliyyətinin 75 illiyi qeyd olunub
02.06.2017 / No20

 
 

 

 


Şakir CƏFƏROV

İ.Əfəndiyev adına “Elitar” gimnaziyada Azərbaycan Respublikasının Təhsil İnstitutunun professoru, əməkdar müəllim, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimovun anadan olmasının 90 və elmi-pedaqoji fəaliyyətinin 75 illiyi qeyd olunub. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, ali məktəb müəllimləri, respublikanın tanınmış ziyalıları və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi-Pedaqoji Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı açıb. Yubilyarın elmi-pedaqoji fəaliyyətindən söz aşan F.Şahbazlı bildirib ki, professor Yəhya Kərimovun elmi-pedaqoji kadrların hazırlanması sahəsində böyük xidmətləri olub. Hazırda da bu istiqamətdə işini davam etdirir. 50-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişdirib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri və Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev, professorlardan Hüseyn Əhmədov, Vidadi Xəlilov, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və başqaları çıxış ediblər. Qeyd edilib ki, ibtidai siniflərin “Əlifba”, “Ana dili”, “Oxu”, “Azərbaycan dili” dərsliklərini, həmin dərsliklərə aid metodik göstərişləri, iş dəftərini, “Hüsnxətt”i, tədris proqramlarını Yəhya müəllim hazırlayıb. Bu gün pedaqoji ictimaiyyət arasında Yəhya Kərimovun böyük hörmət və nüfuzu var. “Elitar” gimnaziyanın şagirdləri yubilyara aid şeirlər söyləyib və mahnı oxuyublar.
Sonda Yəhya Kərimov tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

yuxarı ⤴