1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir
02.06.2017 / No20

 
 
 

 

 


Mayın 29-da Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Bu, UNEC-in ikili diplom haqqında razılaşma imzaladığı Avropa İttifaqına üzv 4-cü ölkənin universitetidir.
Cari ilin sentyabr ayından başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestrdə Mikolos Romeris Universitetində təhsil alacaqlar. Növbəti üçüncü və dördüncü semestr təhsillərini isə yenidən UNEC-də davam etdirəcəklər.
Qeyd olunan ikili diplom proqramı UNEC-in magistrlərinə bu ali məktəbin professorları ilə yanaşı, Mikolos Romeris Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Belə ki, hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin diplomları təqdim olunacaq.
Səfər zamanı UNEC-in rektoru, professor Ədalət Muradov Mikolos Romeris Universitetinin rektoru, professor Algirdas Monkevicius ilə ikitərəfli əlaqələrin bütün spektrləri haqqında müzakirələr aparıb. Eləcə də proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstərilməsi razılaşdırılıb.
Rektorlar əlaqələrin son illər daha da vüsət alaraq yüksələn xətt üzrə inkişaf etməsindən, reallaşdırılan tələbə və müəllim mübadiləsindən məmnunluğunu ifadə ediblər.
Qeyd edək ki, bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir.
 

yuxarı ⤴