1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bakı Mühəndislik Universiteti Rumıniya universiteti ilə əməkdaşlıq edəcək
02.06.2017 / No20

 
 

 

 


Mayın 24-də Bakıda keçirilən Azərbaycan-Rumıniya Universitetlər-arası Forumunda iştirak edən nümayəndə heyəti Bakı Mühəndislik Universitetində olub. BMU-nun rektoru, professor Havar Məmmədov Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyətinə universitet haqqında ətraflı məlumat verib. Qonaqlar universitetin fəaliyyəti, burada həyata keçirilən tədbirlər barədə geniş məlumatlandırılıb. Maddi-texniki baza və akademik heyətlə tanış olan rumuniyalı alimlər bu ali təhsil müəssisəsinin potensialını yüksək qiymətləndiriblər. Onlar həmçinin müasir avadanlıqlarla təchiz olunmuş mexanika və kimya laboratoriyalarında aparılan təcrübələrə də baxıblar.
Sonda Bakı Mühəndislik Universiteti ilə Rumıniyanın Universitatea Ştefan cel Mare Suceava arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil müəssisələri arasında ikili proqramların, tələbə -müəllim mübadiləsinin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
 

yuxarı ⤴