1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
LDU-da “açıq qapı” günü və məzun yarmarkası
02.06.2017 / No20

 
 
 

 

 


Esmira İSMAYILOVA

Lənkəran Dövlət Universitetində “Məzun-2017” proqramı çərşivəsində “açıq qapı” günü və məzun yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
“Açıq qapı” günündə rayon rəsmiləri, LDU-nun builki məzunları,valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və onlara bu elm ocağı barədə ətraflı məlumat verib, tədrisin maddi-texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son bir ildə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu deyib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyev, mebel emalı və satışı üzrə ticarət mərkəzinin direktoru Elnur Əliyev, Bakı Biznes tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov, Gilan Holdinq-in insan resursları şöbəsinin rəhbəri Coşqun İmanquliyev və başqaları çıxışlarında tədbirin əhəmiyyətindən bəhs edib, təklif və rəylərini bildiriblər.
Əmək yarmarkasına təkcə Lənkəranda yox, umumiyyətlə, cənub bölgəsində fəaliyyət göstərən 27 dövlət və özəl müəssisə 140 boş (vakant ) iş yeri çıxarıb. Təklif olunan boş (vakant) yerlərə builki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.
Tədbir iştirakçıları belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə təşkilatçılara öz təşəkkürünü bildiriblər.
Qeyd edək ki, bu, LDU-da təşkil olunan ilk “açıq qapı” günü və əmək yarmarkasıdır.

yuxarı ⤴