1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunan elmi sessiya keçirilib
02.06.2017 / No20

 
 

 

 


Mayın 30-da Azərbaycan Dillər Universitetində (ADU) ingilis dilinin üslubiyyatı və linqvokulturologiya kafedralarının birgə təşkilatçılığı ilə xalq yazıçısı, dramaturq, ictimai xadim, professor Elçin Əfəndiyevin yaradıcılığına həsr olunan elmi sessiya keçirilib.
Tədbirdə ingilis dilinin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalova çıxış edərək görüşün məqsədinin tələbə və müəllimlərin lirik hekayələr ustası, mahir komediyalar, tragediyalar, fundamental monoqrafiyalar müəllifi, yazıçı, professor Elçinin yaradıcılığı haqqında biliklərinin daha da zənginləşdirilməsi olduğunu bildirib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Elçinin bədii əsərlərinin təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilərək oxunduğunu söyləyib. Onun sözlərinə görə, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli xalq yazıçısı Elçin yaradıcılığının ilk illərindən cəmiyyətdə, bütövlükdə dünyada baş verən hadisələri dərindən dərk edərək onu istedadının gücü və qələminin qüdrəti ilə ustalıqla, bədii boyalarla öz əsərlərində əks etdirib. Ə.Abdullayev ömrünü ədəbiyyata həsr edən, çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümumbəşəri dəyərlər arasında bir vəhdət, bir körpü yaradan istedadlı qələm sahibinin əsərlərinin dünya ədəbiyyatında xüsusi yer tutduğunu nəzərə çatdırıb.
Professor Əfqan Abdullayev gələcəkdə ali təhsil müəssisəsinin müəllim və tələbələri tərəfindən yazıçının əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə ediləcəyinə ümidvar olduğunu bildirib.
Elmi sessiyada dosent Vəfa Əliyev “Bəşəri ideyalar yazıçısı kimi”, professor Məryəm Əlizadə “Elçin və teatr”, “Visions of Azerbaijan” jurnalının redaktoru İan Peart “Elçinin yaradıcılığı ingilis dilində” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda xalq yazıçısı Elçin çıxış edərək tədbirin yüksək səviyyədə təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
 

yuxarı ⤴