1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Tələbələrin elmə gedən yolu TEC-dən başlayır
02.06.2017 / No20

 
 
 

 

 


Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı keçirilib.
Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov TEC-in 74-cü elmi konfransının keçirilməsini müsbət hal kimi qiymətləndirib. Qeyd edib ki, tələbələrin böyük elmə gedən yolu TEC-dən başlayır. Biz tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirləri həyata keçirməli, elmi-tədqiqat işləri aparmalarına diqqət və qayğı göstərməli, onların elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun olmasını təmin etməliyik. Rektor tələbələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini mükəmməl öyrənməyi, bilik və bacarıqlara dərindən yiyələnməyi tövsiyə edib və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxışında universitetdə dövri elmi nəşrlərin artması, gənclərin apardıqları elmi-tədqiqat işləri, fənlər üzrə olimpiadaların keçirilməsi, bu olimpiadaların həm elmi, həm də yaradıcı istiqamətdə aparılması barədə məlumat verib və olimpiadaların bütün fakültələr üzrə keçirilməsinin vacibliyini qeyd edib. TEC-in fəaliyyətinin daha səmərəli qurulmasının universitetdə tələbələrin elmi fəaliyyətlərinə müsbət təsir edəcəyini bildirən professor A.Zamanov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə həm kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin, həm də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyasının yüksək səviyyədə, şəffaf və obyektiv keçirildiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
TEC-in sədri, dosent Əli Zalov çıxış edərək TEC-in böyük və zəngin tarixə malik olduğunu bildirib. Qeyd edib ki, TEC-in məqsədi tələbələrin bilik və bacarıqlarını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan TEC-in 74-cü elmi konfransı mühüm əhəmiyyət kəsb edir.
Plenar iclasda tələbələr slayd vasitəsi ilə məruzələrini təqdim ediblər.
Sonra konfrans öz işini 7 bölmədə-riyaziyyat, fizika və texnologiya, kimya və biologiya, tarix və coğrafiya, filologiya, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq bölmələrində davam etdirib. Bütövlükdə bölmələrdə 181 məruzə dinlənilib. Konfransın sonunda bölmə sədrləri hesabat veriblər.
 

yuxarı ⤴