1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADNSU ilə SAP Universitet Alyansı arasında əməkdaşlıq sazişi imzalanıb
02.06.2017 / No20

 
 

 

 


Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı proqram təminatı istehsalı üzrə dünya miqyaslı SAP şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov və SAP Universitet Alyansının Rusiya və MDB üzrə meneceri Yuri Kupriyanov ilə görüşüb.
Texnoloji yeniliklərdən faydalanma yolları, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının müzakirə olunduğu görüşdə bu sahə üçün səriştəli mütəxəssislərin hazırlığı ətrafında fikir mübadiləsi aparılıb. SAP şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən rektor M.Babanlı universitetdə həyata keçirilən yeni layihələr və startap məktəbi haqqında qonaqlara məlumat verib.
Qarşılıqlı əməkdaşlığın sənayenin yüksək keyfiyyətli və bacarıqlı mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsəd üçün əsl imkan olduğunu qeyd edən SAP şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru R.Hacıəlibəyov SAP Universitet Alyansı barədə məlumat verib.
“SAP ilə əməkdaşlıq, qlobal tendensiyalardan istifadə etməklə ölkəyə böyük yeniliklər gətirib. Bu layihə həm də biznes idarəçiliyinin inkişafında xüsusi rol oynayacaq. Məqsədimiz hər iki tərəf üçün qarşılıqlı şəkildə faydalı olacaq uzunmüddətli əməkdaşlıq qurmaq və ölkənin inkişafına töhfə verməkdir”, - deyə R.Hacıəlibəyov bildirib.
Görüşdə ADNSU-nun SAP Universitet Alyansı ilə əməkdaşlığının Azərbaycanın neft və qaz sənayesindəki gənc mütəxəssislərə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcəyi qeyd olunub. Əməkdaşlıq SAP mütəxəssisləri tərəfindən ADNSU tələbələri üçün prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara çıxış imkanlarını nəzərdə tutur.
Görüşdə ADNSU ilə SAP Universitet Alyansı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
20 ildən artıq müddətdir fəaliyyət göstərən SAP Universitet Alyansına dünyanın 90 ölkəsinin 2300 universiteti daxildir. Artıq 7 ölkədə (Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus və Rusiya) 82 ali məktəb Universitet Alyansına üzvdür. Bu gün MDB ölkələrində 200-dən artıq müəllim və 250000-dən artıq tələbə açıq mühazirələr, konfranslar və müsabiqə şəklində təlim-tədris prosesində SAP proqramlarından istifadə edir.
 

yuxarı ⤴