1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Mədəniyyət: problemlər və perspektivlər”
02.06.2017 / No20

 
 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2017-ci il “İslam Həmrəyliyi İli”nə həsr olunan “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XI beynəlxalq konfransı keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan 80-ə yaxın magistr və doktorant iştirak edib. ADMİU-nun prorektorları, professorlar Məryəm Əlizadə və Gülşən Əliyeva iştirakçılara müvəffəqiyyətlər arzulayıblar.
Plener iclasda “İslam mədəniyyətində qadın”, “İslam mədəniyyəti Qacar xalçasında”, “Tolerantlıq və mənəvi dilemma”, “Müasir Şərq kinosunda mövzu-problem əlaqələri”, “İslam mədəniyyəti Çex tarixşünaslığında”, “Azərbaycan həmrəylik nümunəsi” və digər mövzularda çıxışlar olub.
“Sülhün tərənnümü” adlı bədii hissədə universitet tələbələri Azərbaycan muğamlarından ibarət konsert proqramı təqdim ediblər.
Konfransda kulturologiya bölməsi üzrə “Türksoylu xalqlarda ailə və nikah sistemi”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Müasir Azərbaycan arxivi”, “Sirli, sehirli buta”, sənətşünaslıq bölməsi üzrə isə “Mifologiya və müasir teatr”, “Kitabi-Dədə Qorqud dastanında teatrallıq”, “Aparıcı-televiziyanın əsas siması kimi”, “Qara Qarayevin fortepiano yaradıcılığında polifonik forma və janrlar”, “Müasir Azərbaycan kinosunda sosial mühitin bədii həlli” və s. mövzularda məruzələr dinlənilib.
Sonda universitetin rektoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək gənc tədqiqatçılara uğurlar arzulayıb.
 

yuxarı ⤴