1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Türkiyəli müəllimlər NDU-da dərs və treninqlər keçiblər
02.06.2017 / No20

 
 
 

 

 


Ankaranın Çankırı Universitetinin 9 nəfərdən ibarət nümayəndə heyəti Erasmus layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetlə yaxından tanış olan qonaqlar ixtisaslaşmış bölmələrdə dərs və treninqlər keçiblər.
İnformasiya sistemləri, kimya, türk dili və ədəbiyyatı, turizm və beynəlxalq münasibətlər ixtisaslarında keçilən dərslərdə qardaş ölkənin tədris sahəsindəki təcrübəsini bölüşən müəllimlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Treninqlər keçmək üçün dəvət olunan nümayəndələr isə informasiya-kommunikasiya, mühasibatlıq, tələbə-məzun və idman şöbələrində olublar.
İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) bölməsində şəbəkə sistemi, İKT-nin iş strukturu, elektron imtahanın keçirilmə qaydaları ilə bağlı məlumatlar verilib. Universitetin internet resursları və televiziyasının iş prinsipi ilə də maraqlanan qonaqlar, onlayn videokonfransların keçirilmə qaydaları ilə yaxından tanış olublar. Onlar habelə mühasibatlıqda sənəd dövriyyəsi ilə maraqlanib. Tələbə-məzun şöbəsində universitetdə həyata keçirilən elektron tədris prosesi haqda məlumat alıblar.
İdman sahəsi üzrə treninq nümayəndəsinə isə universitetin idman kompleksinin iş prinsipi, idman qurğuları, pedaqoji fakültədə mövcud olan idman zalı, idman meydançaları haqda məlumat verilib.
Universitetlə tanışlıq, keçilən dərs və treninqlər türkiyəli qonaqlarda Naxçıvan Dövlət Universiteti haqda xoş təəssürat yaradıb.
 

yuxarı ⤴