1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bilik yarışında şagirdlər biliklərini sınağa çəkiblər
02.06.2017 / No20

 
 

 

 


Bakıdakı 108 nömrəli tam orta məktəbdə şagirdlərin biliklərə daha dərindən yiyələnmələri üçün müxtəlif hadisələr, tarixi günlərlə bağlı viktorinalar, intellektual oyunlar təşkil edilir. Məktəbdə, eyni zamanda, Təhsil Nazirliyinin müəyyən etdiyi fənn aylıqları da uğurla keçirilir. Belə tədbirlərdən biri də məktəb rəhbərliyinin təşəbbüsü ilə keçirilən məktəblərarası bilik yarışmasıdır. Belə ki, cari ilin mart ayında VI-VII siniflər arasında 255 nömrəli tam orta məktəbin şagirdləri ilə birlikdə tarix fənni üzrə bilik yarışması təşkil olunub. May ayında isə bu tədbirin davamı kimi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə VIII-IX siniflər arasında viktorina keçirilib. 187 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Böyükxanım Qasımovanın məktəb proqramı əsasında hazırladığı sualları 108 və 255 nömrəli tam orta məktəblərin şagirdləri cavablandırıblar.
Bilik yarışmasının nəticəsinə görə, VIII siniflər üzrə 108, IX siniflər üzrə isə 255 nömrəli tam orta məktəblərin şagirdləri qalib olublar.
Tədbirin sonunda məktəbin direktoru Narınc Mehtiyeva qaliblərə tərifnamələr təqdim edib. O, şagirdlərə elmin sirlərinə yiyələnmək, Azərbaycan xalqına layiqli övlad kimi yetişmələri üçün daha çox çalışmağı tövsiyə edib. Şagirdlərdə mübarizə ruhunu, qələbə əzmini daim yüksəltmək üçün müəllimlərin və məktəb rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Samirə DADAŞOVA,
Bakıdakı 108 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

yuxarı ⤴