1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Ana yurdum Azərbaycan” adlı mahnı müsabiqəsi
02.06.2017 / No20

 
 
 

 

 


Balakən rayonunda Heydər Əliyev Mərkəzində “Ana yurdum Azərbaycan” adlı mahnı müsabiqəsi keçirilib. 2 nominasiya - saz və pioninoda ifa və mahnı oxumaq üzrə keçirilən yarışda 37 məktəb üzrə 45 şagird iştirak edib. Şagirdlər vətənpərvərlik ruhunda musiqilər ifa etdikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Səs üzrə Balakən şəhər 3 nömrəli və Mahamalar kənd tam orta məktəbləri 1, Katex zavod kənd tam orta məktəbi 2, Kortala kənd tam orta və Qullar kənd 3 nömrəli ümumi orta məktəblərin şagirdləri isə 3-cü yerləri tutublar.
Sarıbulaq kənd tam orta məktəbinin şagirdi bu nominasiya üzrə həvəsləndirici yerə layiq görülüb.
Digər nominasiyalar üzrə Qazma kənd 2 nömrəli tam orta məktəbi 1, Balakən şəhər 1 və 2 nömrəli tam orta məktəbləri 2, Qullar kənd 1 nömrəli və Şambulbinə kənd tam orta məktəblərinin şagirdləri 3-cü yerləri qazanıblar.
Qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Vüsalə BƏDƏLOVA,
Balakən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴