1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəbin 80 illik yubileyi qeyd olunub
02.06.2017 / No20

 
 
 

 

 


Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbin 80 illik yubileyi qeyd olunub. Tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, məktəbin məzunları, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.
Əvvəlcə şagirdlər məktəb həyətində əsgər marşı sədaları altında hərbi keçid ediblər. Sonra məktəbin məzunu, karate üzrə dünya çempionu olan Zöhrab Əliyev Azərbaycan bayrağını meydana gətirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbi Abşeron rayonunun nümunəvi təhsil müəssisələrindəndir. Bu məktəbin məzunları arasında tanınmış insanlar çoxluq təşkil edir. Neçə-neçə dövlət və incəsənət xadimləri bu məktəbin məzunları olub.
Məktəbin direktoru Taliyyə Mirzəyeva təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan danışıb.
Tədbirdə məzunlar məktəblə bağlı xatirələrini bölüşüblər. Yubiley tədbiri şagirdlərin hazırladıqları bədii hissə ilə davam edib.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴