1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəblilərarası atıcılıq yarışı
02.06.2017 / No20

 
 
 

 

 


Göygöl Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Hazır ol!” devizi altında məktəblilərarası atıcılıq yarışı keçirilib.
Yarışda 18 ümumtəhsil məktəbindən 72 şagird iştirak edib. Məqsəd məktəblilərin idmana olan marağını daha da artırmaq, onlarda vətənpərvərlik hisslərini inkişaf etdirmək və şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaqdan ibarət olub. Hər bir məktəb üzrə 2 qız və 2 oğlan olmaqla 4 şagird iştirak edib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Qalib şəhər 1 nömrəli tam orta məktəbin komandası olub.
Sonda qalib komanda fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴