1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Şagird aktyorlar tariximizin xanlıqlar dövrünü canlandırıblar
02.06.2017 / No20

 
 
 

 

 


E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə VIII “b” sinif şagirdlərinin İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırladıqları tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunub. Tədbirdə rayon təhsil, mədəniyyət şöbələrinin əməkdaşları, müəllim, şagird və valideynlər iştirak ediblər.
Sinif rəhbəri və tarix müəllimi Famil Əhmədzadənin zəhməti sayəsində meydana çıxan bu tədbir, həm də Azərbaycan tarixinin xanlıqlar dövrünü öyrənən şagirdlər üçün peşəkarlıqla düşünülmüş ədəbiyyatımızla tariximizin, bu günümüzlə keçmişimizin inteqrasiyası nümunəsi olub.
Tamaşada VIII əsr Azərbaycan tarixinin ən maraqlı və ziddiyyətli mərhələsi olan xanlıqlar dövrü, Qarabağ xanlığının həyatı, tarixi gerçəkliklər əks olunub. Qarabağ xanı İbrahimxəlil xanın xanlığı qorumaq üçün apardığı siyasət, Rusiyanın və ermənilərin məkrli siyasəti şagirdlərin ifasında iştirakçılara çatdırılıb. Kiçik “aktyorlar” tariximizin bu ibrətamiz səhifəsini canlandırmağa, tamaşaçıların gözlərini yaşartmağa, onları həyəcanlandırmağa nail olublar.
Səhnənin ustalıqla dekorasiya edilməsi, şagird-aktyorların məharətlə seçilməsi, müvafiq dövrə, Qarabağ etnoqrafiyasına uyğun geyimi, çaşmadan rollarını ifa etməsi, müəllimin və şagirdlərin pərdəarxası çevik təşkilatçılığı dinləyiciləri heyran edib.
Azərbaycan tarixini öyrətmək üçün yalnız proqram materialları əsasında nəzəri biliklərin mənimsədilməsi ilə kifayətlənməyən müəllim şagirdlərin bədii istedadına, emosional yaddaşına müraciət etməklə onlarda Vətənə və onun tarixinə sevgi aşılamağı hədəfləyib. Şagirdlərdə səhnə qabiliyyətinin formalaşdırılması, onların nitqinin, estetik görüşlərinin inkişaf etdirilməsi sahəsində tədbirin böyük əhəmiyyəti qonaqlar tərəfindən də qeyd edilib.
Məktəbin direktoru, rayon təhsil şöbəsinin təmsilçiləri və digər qonaqlar tədbirin hazırlanması və keçirilməsində əməyi olanlara təşəkkür ediblər.

Sevda QASIMOVA,
İsmayıllı şəhəri

yuxarı ⤴