1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsi anılıb
02.06.2017 / No20

 
 
 

 

 


Sabirabad şəhər 4 nömrəli məktəbdə rayon təhsil şöbəsi və məktəb rəhbərliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Murad Mirzəyevin anım günü qeyd olunub. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, şəhidin atası Telman Mirzəyev, Murad Mirzəyevin döyüş yoldaşı, leytenant Səbuhi Mehdiyev, müəllim və şagirdlər iştirak ediblər.
Dövlət himni səsləndirilib. Sonra tədbir iştirakçıları vətənin azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəbin direktoru Mahir Zahidov bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Murad Mirzəyev aprel döyüşlərində xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazan igid döyüşçülərimizdəndir.
Şəhidin atası Telman Mirzəyev oğlunun şəhid olmasından ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Tədbirdə şagirdlər vətənpərvərliyə aid şeir söyləyib, mahnı oxuyub və ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Xalid NƏCİYEV,
Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴