1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bir tarixi gün yaşandı
02.06.2017 / No20

 
 
 

 

 


Sifai SƏFƏROVA

Bakıdakı Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbin beşinciləri Respublika Gününə həsr edilmiş tədbiri Nəriman Nərimanovun ev-muzeyində qeyd etdilər. Mərasimdə ilk öncə muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova şagirdlərə tədbir haqqında, həmçinin muzeydə olan eksponatlar barədə ətraflı məlumat verdi. Görkəmli siyasi xadim və dramaturq Nəriman Nərimanovun azərbaycançılıq ideologiyasının əsas sütunlarından biri olduğu, ölkə daxilində siyasi çəkişmələrin ziddiyyətli dövrü yaşandığına baxmayaraq onun elmin, ədəbiyyatın, mədəniyyətin inkişafına xüsusi önəm verdiyi barədə geniş məlumat verən muzey əməkdaşı bu dahi şəxsiyyətin tarixi bir sima olduğunu şagirdlərin diqqətinə çatdırdı.
Sonra söz beşincilərə verildi. Şagirdlər - Nərgiz İsmayılzadə, Nəsimi Süleymanlı, Fidan Quliyeva, Toğrul Nəbiyev, Aylin Quliyeva, Məryəm Yusifova, Pəri Hüseynova, Ayan Hüseynova və başqaları Azərbaycan şairlərinin vətənpərvərlik ruhunda yazdıqları şeirləri söylədilər, vətən , ana, torpaq müqəddəsliyi xarakterizə olunan kompozisiyalar nümayiş etdirdilər, musiqi nömrələri səsləndirdilər. Gitarada Ülvü Əliyevin özü müşayiət edərək ifa etdiyi “Azərbaycan” mahnısı tədbir iştirakçılarında xoş ovqat yaratdı. Çıxış edən məktəbin tarix müəllimi Vələddin Hüseynov bu günlərdə qeyd olunan milli bayramımız - Respublika Günü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edərək ölkəmizin müstəqilliyə qədəm qoyduğu illərdə Azərbaycanın dinamik inkişafı və ötən bu illər ərzində milli təhsilimizin gerçək uğurları barədə həqiqətləri yaddaşlarda təzələdi. Direktor müavini Həcər Məmmədovanın çıxışı da Azərbaycanın tarixi şəxsiyyətləri barədə səsləndirdiyi fikirlərlə diqqəti cəlb etdi.
Sonda muzeyin məsul işçisi Rəna Qəhrəmanova bu önəmli tədbirın təşkilatçısı olan məktəbin coğrafiya müəllimi Aygün Əliyevaya öz dərin təşəkkürünü bildirdi.
Həmin gün beşincilər bir tarixi günü də belə əhvali-ruhiyyə ilə yaşadılar.

yuxarı ⤴