1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Azərbaycan bayrağını Qarabağda asacağıq”
02.06.2017 / No20

 
 

 

 


Niyazi RƏHİMOV

Bakının Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində 28 May - Respublika Gününə həsr olunmuş “Cümhuriyyətimizin tarixi” adlı “açıq dərs”lərin yekun tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Sabunçu rayon YAP Gənclər təşkilatının sədri Rəşad Abbasəliyev, polis bölməsinin əməkdaşları, KİV nümayəndələri və digər şəxslər iştirak edirdi. Öncə iştirakçılar məktəbdə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Abdullayeva Respublika Günü münasibəti ilə iştirakçıları təbrik etdi. Cümhuriyyətin tarixindən də danışan G.Abdullayeva bu dövlətin Şərqdə yaranan ilk demokratik dövlət olduğunu vurğuladı. Respublikamızın ikinci dəfə müstəqillik qazandıqdan sonra çiçəklənmə dövründən bəhs edən direktor ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz tarixindəki misilsiz xidmətlərindən söhbət açdı.
Tədbirin əhəmiyyətindən danışan direktor qeyd etdi ki, tədris ilinin əvvəlindən başlayaraq məktəbdə tarix fənni üzrə V-XI siniflərdə mövzuya uyğun olaraq “açıq dərs”lər keçirilib və bu gün həmin dərslərin yekunudur. Keçirilən “açıq dərs”lərin şagirdlərin milli vətənpərvərlik ruhunda böyüməsində, tariximizin dərindən öyrənilməsində xüsusi önəm daşıdığı bildirildi. G.Abdullayeva “açıq dərs”lərin təşkilində tədris ocağının tarix müəllimi Azər Abdurahmanzadənin xüsusi rolu olduğunu diqqətə çatdırdı.
Tədbirdə çıxış edənlər cümhuriyyət tarixindən geniş söhbət açdılar. Əlamətdar günlərin təhsil ocağında keçirilməsini təqdirəlayiq hal hesab etdilər.
“Açıq dərs”lərin yekununda V-XI sinif şagirdləri cümhuriyyət dövründən müasir dövrümüzə qədərki tarixi xronologiyanı, mühüm hadisələri iştirakçılara çatdırdılar.
Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar oxundu. Şagirdlər tərəfindən göstərilən hərbi səhnəcik iştirakçılara xoş ovqat bağışladı. “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında şagirdlərin son sözü “Azərbaycan bayrağını Qarabağda asacağıq” sözləri oldu.
 

yuxarı ⤴