1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“28 May - Respublika Günü müasir gəncliyin baxışlarında”
02.06.2017 / No20

 
 

 

 


Rəşad ZİYADOV

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May - Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Cümhuriyyətin yaradılmasının ildönümünə həsr olunmuş tədbirlərdən biri də Şuşa Musiqi Kollecində baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Rasim Mehdiyev açaraq bildirib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına dəyərli töhfələr verməkdədir.
Kollecin tələbələrinin “28 May - Respublika Günü müasir gəncliyin baxışlarında”mövzusunda çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Qeyd olunub ki, bütün mənalı həyatını öz xalqına bəxş edən ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaqdır.
Sonra 28 May - Respublika Gününə həsr olunmuş Şuşa Musiqi Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbir konsert proqramı ilə başa çatıb.
 

yuxarı ⤴