1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
04.06.2016/№21

 


2015-2016-cı tədris ili üzrə keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının başa çatdığını nəzərə alaraq, nəticələrin elan edilməsi və qaliblərinin mükafatlandırılması məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq
 

ƏMR EDİRƏM:


1. 2015-2016-cı tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin.
2. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 may 2016-cı il

yuxarı ⤴