1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Metodika
Yaradıcı işləmək zamanın tələbidir
04.06.2016/№21

 


Səadət ƏDİLOVA,
Bakı şəhər 217 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi

Təlim prosesində müasir metod və texnologiyalardan istifadə hər bir müəllimin qarşısında mühüm vəzifələr qoyur. Buna görə də hər bir fənn müəlliminin özü yeni təlim modelinə yiyələnərək, yenilik axtarışına qoşulması yüksək təfəkkürə malik şəxsiyyətlər formalaşdırılmasında öz üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməsidir. Ölkəmizdə keçirilən təhsil islahatlarının ən mühüm nəticələrindən biri, mənim fikrimcə, müəllimləri yaradıcı işləməyə, qarşıya çıxan bütün çətinliklərdən çıxış yolu tapmağa vasitələr axtarmağa sövq etməsidir.
Fəal təlimlə tədris olunan dərsdə müvəffəqiyyət əldə etmək qoyulmuş motivasiyanın düzgünlüyündən çox asılıdır. Motivasiya olaraq müəllim müxtəlif vasitələrdən istifadə edir. Bu zaman şagirdin dərsə marağı güclənir, düşüncəsi formalaşır.
Şagirdin inkişafının izlənilməsi və dəyərləndirilməsi, onun ümumi inkişafına və təlimin səmərəliliyinə təkan verərək, təlim fəaliyyətini təkmilləşdirir. Şagirdlərin fəaliyyətinin izlənilməsi vacib şərtlərdən biridir. İzlənilmədə əsas məqsəd uşaqların ehtiyaclarını üzə çıxarmaqla onların inkişaf dinamikası haqqında düzgün qərarlar verilməsidir.
Araşdırmalara əsasən deyə bilərəm ki, şagirdlərin dərsin məzmununu əhatəli və faydalı şəkildə öyrənmələri yaxşı planlaşdırılarsa, daha aydın məqsədli dərs təşkil etmək olar. Dərslər nə qədər aydın, əhatəli aparılarsa, şagird tərəfindən bir o qədər sevilər, maraqla öyrənmə baş verər.
Hər bir müəllim dərsə ciddi hazırlaşmalı, fənlə bağlı biliklərini dərinləşdirməlidir. Müəllim öyrənməyə, araşdırmağa özündə bir ehtiyac hiss edərsə, onda öyrənmə prosesi də müntəzəm gedir və səmərəli nəticə verər. Dərsdə keyfiyyətli plan tərtib etmək üçün müəllim şagirdlərlə tədris olunacaq mövzuya maraq yaratmaq, onları dərsin gedişinə cəlb etmək məqsədi ilə maraqlı motivasiya düşünməli, şagirdlərin fərziyyələr irəli sürməsini stimullaşdırmalı, onlara bir-birindən maraqlı olan yönəldici suallar hazırlamalı, həmin fərziyyələrin yoxlanılması, tədqiqatı üçün tapşırıqlar, iş vərəqləri tərtib etməlidir. Həmçinin, şagirdlərin yaradıcılığı üçün şərait yaratmalı, qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Sinifdə şagirdlər mövzunu yaxşı mənimsəsin deyə müəllim onları tədqiqat aparmağa həvəsləndirməlidir. Şagird düşünərək hansı qərarı verəcəyinə əmin olmalıdır.
Tədqiqat prosesində qruplarla iş zamanı müəllim sinfin fəaliyyətinə uyğun olaraq təlim forması seçir. Bu zaman müəllim üçün hansı metodlardan istifadə edəcəyi aydın olur. Müəllimin hər dərsdə müxtəlif metodlardan istifadə edəcəyi şagird üçün inkişafdır. Təlim prosesinin dəyərləndirilməsi şagirdlərin nəyi bacara bilər və nəyi üzə çıxararaq fikrini izah edə bilməsidir. Burada da inkişafı düzgün istiqamətləndirmək yenə müəllimlərin üzərinə düşür. Şagird inkişafının dəyərləndirilməsi onların əldə etdikləri nailiyyət haqqında topladıqları məlumatların ümumiləşdirilərək nəticəyə gətirib çıxartmasıdır.
Müasir dərs fəal təlimlə İKT avadanlıqlarından istifadənin kombinə edilməsidir.Yeni təlim texnologiyalarından istifadə edərək, təhsil alanı tədqiqata sövq etmək hazırkı dövrün tələblərinə uyğun dərs nümunəsidir. Yeni nəticələr əldə etmək üçün müəllimin də öz üzərində çalışması vacib amillərdəndir. Belə ki, müəllim çoxlu sayda kurslarda, layihələrdə iştirak edərsə, öyrəndiyi yeniliyi öz dərslərində tətbiq edəcəkdir.
Hazırkı təhsil sistemimiz yeniliklərlə zəngindir. Bu isə şagirdlərdə öyrənmə marağının yaranmasını stimullaşdırır və gücləndirir.
Bəzi vacib amillər var ki, dərs zamanı onlara əməl olunmalıdır. Fikrimizcə, dərsdə ilk növbədə sağlam ünsiyyətə əsaslanan mühit yaradılmalıdır.
Dərs dioloji qaydada təşkil olunarsa, daha yaxşı nəticələr verər. Əldə olunan biliklərin yaradıcı tətbiqetməyə, təcrübəyə yönəldilməsi də vacibdir.
Dərs prosesində təlim strategiyasına düzgün əməl olunmalıdır. Məzmundan qiymətləndirməyə qədər strategiya düzgün qurulmalıdır. Şagirdlə müəllim arasında qarşılıqlı hörmət, etibar yaranarsa, bu da dərsin inkişafetdirici olmasının əsas şərtlərindən biridir.
Hər hansı fənnə aid mövzudan asılı olaraq, əgər dərsdə inkişafetdirici, öyrədici mühit yaradılmışdırsa, demək bu prosesdə təhsil alanın anlama, öyrənmə imkanları, bacarıqları və hansı qabiliyyətə malik olması nəzərə çarpacaq.
Müasir təlim texnologiyalarına geniş yer verildiyi hazırkı dövrdə biliklərin əldə edilməsi və onların yaradıcı tətbiqi, müstəqil fikir yürütmə, tədqiqat aparma bacarığı böyük əhəmiyyətə malikdir. Buna görə də dərsdə bu bacarıqların aşılanması əsas hədəflərdən olmalıdır.

yuxarı ⤴