1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Dərs nümunəsi
Ən yaxşı müəllimin dərs nümunəsi
04.06.2016/№21

Foto1
 
Foto2
 
Foto3
 
Foto4
 
Foto5
 
Foto6
 
Foto7


Leyli ƏLİYEVA,
İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbin biologiya müəllimi,“Ən yaxşı müəllim” müsabiqəsinin (2015) qalibi

Biz bilirik ki, hər bir müəllimin dərslərə özünəməxsus yanaşma üsulları var. Dərslərdə problemin qoyuluşu şagirddə həm maraq oyatmalı, həm də araşdırma apararkən özləri nəticəyə gəlməlidirlər. Bu il “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edərkən keçdiyim “açıq dərs”in nümunəsini sizlərlə bölüşmək istəyirəm.
Fənn: Biologiya
Sinif: VIII sinif
Mövzu: Damarlarımızdakı qan və onun hərəkəti
Məqsəd: Qanın tərkibini izah edir və orqanizmdə hərəkətini sistemli şəkildə bilir.
Apardığı təcrübəni tam şəkildə ümumiləşdirir.
Qanın tərkibinə dair hesablamaları aparır
İnteqrasiya: kimya fənninə
İş forması: Böyük qrupla, kiçik qrupla iş.
İş üsulu: Fasiləli oxu, bioloji imla.
Təlim nəticəsi: Orqanizmdə qanın tərkibini sadalayır və damarlarda hərəkətini izah edir.
Qanın tərkibinə dair təcrübələr aparır və ümumiləşdirir.
Qanın tərkibinə və hərəkətinə dair hesablamalar aparır.
Resurslar: Dərslik, dəftər, İKT, iş vərəqləri, mikroskop, qan preparatı.
Motivasiya:
Şagirdlərə qanı göstərərək əqli hücum üsulu ilə əvvəlcə kimya dərsində aldıqları biliklərə əsasən maddənin nə olduğunu, sonra isə göstərilən maddənin nə adlandığını soruşuram. Mövzunun adı alındıqdan sonra mikroskopla qan preparatı müşahidə olunur və aydın olur ki, qan göründüyü kimi qırmızı deyil, ona bu rəngi tərkibindəki elementlər verir .
Tədqiqat sualı:
Qanın quruluşu necədir və getdiyi yol hansı istiqamətdədir ?
Tədqiqatın aparılması:
Şagirdlər qruplaşır. Fasiləli oxu üsulu ilə dərs hissələrlə səsləndirilir, sonra şagirdlər iş vərəqlərindəki suallar üzrə məlumat hazırlayırlar.
Yaradıcı tədbiqetmə:
Düzgün çıxışı tapın(D və S yazın) (Foto1)
İş vərəqi №1.Kiçik qan dövranı (Foto2)
Kiçik qan dövranı ürəyin….. -1-mədəciyindən ağciyər kötüyü ilə başlayır.Ağciyər kötüyü qanı ağciyərlərə gətirən sağ və sol ağciyər…… -2-ayrılır. Bu arteriyalar……-3- daxil olaraq şaxələnir və…… -4-sisteminə keçir.Həmin kapilyarlar …..-5- əhatə edir. Kapilyarlardakı qan ilə alveollardakı hava arasında….. -6-gedir. Alveollarda olan……-7- kapilyardakı qana və kapilyardakı…….. -8- isə diffuziya yolu ilə alveollara keçir. Beləliklə,………. -9- qan …………-10- qana çevrilir. Arterial qan iki cüt ağciyər venaları ilə ürəyin……..-11- çatdırılır. Qanın ürəyin sağ mədəciyindən başlayaraq sol qulaqcığa qədər keçdiyi yol…….-12- adlanır.
Açar sözlər
Karbon qazı, venoz, arterial, sol qulaqcığına, kiçik qan dövranına, sağ, arteriyalarına, ağciyər qapılarından, kapilyar, ağciyər alveollarını, qazlar mübadiləsi, oksigen.
İş vərəqi №2. Böyük qan dövranı(Foto3)
Böyük qan dövranı aorta vasitəsilə ürəyin…… -1- mədəciyindən başlayır. Oksigen və qida maddələri ilə zəngin olan……. -2- qan kiçik arteriyalar vasitəsi ilə orqan və toxumalara çatdırılır. Burda qan …… -3- sisteminə keçir. Kapilyarlarda olan qan ilə toxuma və hüceyrələr arasında mübadilə prosesi gedir. Qanda toxuma mayesində qida maddələri və ……..-4-daxil olur. Hüceyrələrdən isə zərərli maddələr və..… -5- kapilyarlara keçir. Mübadilə zamanı yaranmış …..-6- vena kapilyarlarında toplanır. Vena kapilyarları bir-birilə birləşərək kiçik venaları əmələ gətirir. Qarın boşluğu orqanlarından və aşağı ətraflarından venoz qan ………-7- boş venaya gətirilir. Başdan, boyundan və yuxarı ətraflardan gələn venoz qan isə……… -8- boş venaya daxil olur. Aşağı və yuxarı boş venalar venoz qanı ürəyin…….. -9- qulaqcığa gətirilir……..-10- daxil olmuş venoz qan…….. -11- keçir.Beləliklə,qanın ürəyin………. -12- qan damarları vasitəsilə ……..-13- qulaqcığa qədər keçdiyi yol ……….-14- adlanır.
Açar sözlər
sağ mədəciyə, sol mədəciyindən, sağ qulaqcığa, böyük qan dövranı. Sol, arterial, kapilyar, oksigen, karbon qazı, venoz qan, aşağı, yuxarı, sağ, sağ qulaqcığa.
İş vərəqi №3. Qanın formalı elementlərini funksiyasına görə təyin edin. (Foto4, Foto5)
Verilmiş məsələni həll edin.
Orta yaşlı insanın 0,5 l qanında olan eritrositlərin yarısı məhv olarsa, orada nə qədər eritrosit qalar?
İş vərəqi №4. Limfa dövranını şərh edin (Foto6)
İnformasiya mübadiləsi:
Hər qrup öz işini təqdim edir . Müəlim şagirdləri qiymətləndirib növbəti mərhələyə keçir.
İnformasiya müzakirəsi:
Dərsin əvvəlində qoyulan problem tamamlanaraq növbəti mərhələyə keçid edilir.
Nəticə və ümumiləşdirmə:
Müəllim şagirdlərin fikrini tədqiqat sualına yönəldərək onların cavablarını yada salıb öz əlavələrini edir.

Qiymətləndirmə:
Qiymətləndirmə aşağıdakı cədvəl üzrə aparılır (Foto7)
Ev tapşırığı:
Qanda olan formalı elementlərin sayı azalarsa nə baş verər və orqanizmimizə necə təsir göstərər?
Esse hazırlayın.
 

yuxarı ⤴