1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Təhsil haqqında” Qanunda dəyişikliklər müzakirə edilib
09.06.2017 / No21

 
 
 

 

 


İyunun 7-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli gündəlikdəki məsələ barədə məlumat verib.
İclasda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
İsa Həbibbəyli bildirib ki, elm və təhsil sahəsində islahatların həyata keçirilməsi Azərbaycanda müasir cəmiyyət quruculuğunun əsas istiqamətlərindən biri olub. Ölkə Prezidenti İlham Əliyev elmin və təhsilin inkişafına, bu sahədə islahatların aparılmasına xüsusi diqqət yetirir. Artıq bu istiqamətdə aparılan islahatlar da öz bəhrəsini verməkdədir.
Qeyd olunub ki, “Təhsil haqqında” Qanunda dəyişikliklərin əsas məqsədi ölkəmizin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik hazırlıq qruplarının təşkilidir. Dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Beləliklə, ölkəmizdə həm bakalavriat səviyyəsində hazırlıq qrupları yaradılacaq, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən tədrisin təşkili təmin olunacaq. Hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır. Ölkəmizdə müəyyən olunan bal həddini toplamayan və ali məktəblərə daxil ola bilməyən abituriyentlərin böyük hissəsi orta məktəbi bitirmək haqqında sənədi təqdim etməklə digər ölkələrin ali məktəblərinə üz tuturlar. Bunun nəticəsində isə Azərbaycandan xarici ölkələrə xeyli abituriyent axını olur. Hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən həmin gənclərin axınının qarşısı alınacaq.
Deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

yuxarı ⤴