1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
09.06.2017 / No21

 
 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev iyunun 7-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* İyunun 5-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyev iyunun 5-də Elçin İsağa oğlu Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

* İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə Londonda törədilmiş terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* İyunun 3-də Prezident İlham Əliyev İsveçin Kralı XVI Karl Qustava bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

* Prezident İlham Əliyev iyunun 3-də Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Abdulrəhim Mövlud oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də su təsərrüfatı və meliorasiya işçilərinin bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi, bir qrupuna isə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.
 

yuxarı ⤴