1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəblilərarası robot olimpiadası
09.06.2017 / No21

 
 
 

 

 


2-3 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, İSTƏK liseyi, “Microsoft Azərbaycan” şirkəti, Bakı Mühəndislik Universiteti, STEP Kompüter Akademiyası, “Edumedia-Azərbaycan”, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) və “Edutainment” şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçirilib. Olimpiada İSTƏK Beynəlxalq Məktəbində təşkil olunub.
Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.
Beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanan olimpiada 3 kateqoriya - “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunub. Olimpiadada 20 məktəbi təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib. Müsabiqədə münsiflər heyəti, müəllimlər, valideynlər, şagirdlər və bir sıra qonaqlar iştirak ediblər. Təqdim olunan layihələr iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Olimpiadada iştirak edən layihələr Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA), Bakı Mühəndislik Universiteti və İSTƏK liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Mükafatçılar layihənin təntənəli bağlanış və mükafatlandırma mərasimində təltif olunacaq.
 

yuxarı ⤴