1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Dillər Universitetinin yeni rektoru kollektivə təqdim olunub
09.06.2017 / No21

 
 

 

 


İyunun 2-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinə təyin edilmiş Kamal Abdullayev bu ali təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Təhsil naziri Mikayıl Cabbarov Kamal Abdullayevin ADU-nun rektoru təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb. Nazir Kamal Abdullayev və onun elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. ADU-nun şanlı tarixə malik olduğunu söyləyən təhsil naziri qarşıda duran vəzifələrdən danışıb, yeni rektorun bu işlərin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib. Təhsil naziri yeni rektoru təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
ADU-nun rektoru Kamal Abdullayev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün səylə çalışacağını söyləyib.

yuxarı ⤴