1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəblilər üçün audio kitab və yeni jurnal
09.06.2017 / No21

 
 

 

 


“Səsli kitablar” layihəsi və “Birlikdə” jurnalının təqdimat mərasimi keçirilib.
Tədbir Təhsil Nazirliyi və Community.az portalının dəstəyi, “Pasha Holding”, “Access Bank”, “AXA MBASK” sığorta şirkəti, Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalının təşəbbüsü ilə təşkil olunub.
Mərasimdə “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” və “Birlikdə” jurnalı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir.
Layihə çərçivəsində yeni kitabların səsləndirilməsi də planlaşdırılır. Proses bitəndən sonra audio kitablara www.community.az portalında qulaq asmaq mümkün olacaq.
Bildirilib ki, “Birlikdə” jurnalı “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə çap olunub.
“Birlikdə” jurnalının nəşr edilməsində əsas məqsəd məktəbliləri, valideynləri, müəllimləri maarifləndirmək, dünyagörüşlərini artırmaq və asudə vaxtlarının daha səmərəli keçməsinə kömək etməkdən ibarətdir.
Nəşrdə “Mən”, “Sağlam ol”, “Tədbirlərimiz”, “Top 10 kitablar”, “İşıqlı gələcək”, “Süjet”, “Maraqlıdır bilmək”, “Gənc səyahətçi”, “Danışır peşəkar” bölmələri mövcuddur.
Jurnaldakı bölmələr üzrə istedadlı məktəblilər, xəstəliklərə qarşı mübarizə yolları, idman növləri, keçirilən tədbirlər, kitablar, teatrlar, geyim tərzi, Azərbaycanın bölgələri, keyfiyyətli təhsil, I sinfə şagird qəbulu, uşaqlarla davranış qaydaları və digər məsələlər barədə ətraflı məlumat almaq mümkündür.
“Birlikdə” jurnalı mövzuların fərqliliyi, orijinallığı cəhətdən məktəblilərə aid jurnallar arasında özünəməxsusluğu ilə seçilir. Məktəblilərin maariflənməsi üçün zəngin vasitə olan “Birlikdə” jurnalı tərtibat baxımından da seçilir. Jurnalda hər bir mövzuya uyğun şəkillərin rəngarəngliyi diqqəti cəlb edir.
Qeyd edək ki, “Məktəb icmaları” layihəsinə BŞTİ-nin tabeliyində olan 150 ümumi təhsil müəssisəsi cəlb edilib.
 

yuxarı ⤴