1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə göndərib
09.06.2017 / No21

 
 
 

 

 


1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Suriya uşaqları üçün ümidlər” adlı sosial kampaniya keçirilib. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Təhsil Nazirliyi ilə birgə keçirdiyi kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub.
Kampaniyanın məqsədi bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çərçivəsində uşaqlar üçün lazımi əşyalar (geyim, oyuncaq və s.), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq.
Sosial kampaniyanın tərəfdaşı qismində Təhsil Nazirliyi və tabeliyində olan qurumlar iştirak edib. Kampaniyaya “Bir” Tələbə-Könüllü Proqramı, fərdi şəxslər və məktəblilər dəstək verib.

yuxarı ⤴