1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində respublika birinciliyinə yekun vurulub
09.06.2017 / No21

 
 

 

 


Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ilində həyata keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin final oyunları və mükafatlandırma mərasimi keçirilib.
Təşkilatçı qurumların rəhbər şəxsləri, millət vəkilləri, olimpiya çempionları, idman növləri üzrə federasiyaların rəhbərləri və digər rəsmi qonaqların iştirak etdiyi mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, “Azərbaycan Coca-Cola” şirkətinin baş direktoru Erdinc Güzel çıxış edərək qalib məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, layihəyə növbəti tədris ilindən daha çox məktəblinin qatılacağına ümid etdiklərini bildiriblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bu layihənin şagirdlərin sağlam həyat tərzi seçmələrinə, idmana olan maraqlarının daha da artmasına müsbət təsirindən, məktəblilər arasında dostluq, birlik, əzmkarlıq kimi keyfiyyətlərin aşılanmasındakı əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.
Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, diplom, medal, həvəsləndirici mükafatlar təqdim olunub.
Final yarışlarının nəticəsinə görə, velosiped idman növü üzrə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin komandası I, Xətai rayonu 29 nömrəli tam orta məktəbin komandası II, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin komandası III, atletika idman növü üzrə Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası I, “Ankara məktəbi” məktəb-liseyinin komandası II, Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası III, badminton idman növü üzrə Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin komandası I, Yasamal rayonu 186 nömrəli tam orta məktəbin komandası II, Xətai rayonu 260 nömrəli tam orta məktəbin komandası III, voleybol (2x2) idman növü üzrə Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası I, Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin komandası II, Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası III, basketbol (3x3) idman növü üzrə Nizami rayonu 220 nömrəli tam orta məktəbin komandası I, Xətai rayonu 17 nömrəli tam orta məktəbin komandası II, “Ankara məktəbi” məktəb-liseyinin komandası III yeri tutub.
Mərasimdə Təhsil Nazirliyinin Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri bədii proqramlarla çıxış ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əmri, Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri üzrə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu əhatə olunmaqla 406 məktəbdən 90 minə yaxın məktəbli qatılıb.
“Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.

yuxarı ⤴