1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






UNEC-də tələbə rektor seçilib
09.06.2017 / No21

 
 
 

 

 


UNEC-də növbəti tələbə rektor seçkiləri keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilərin nəticələrinə əsasən, maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Cabbar Hüseynov bir il ərzində universitetin növbəti tələbə rektoru olacaq.
UNEC-in rektoru, professor Ədalət Muradov yeni tələbə rektoru universitet heyətinə təqdim edib.
Rektor bildirib ki, Azərbaycanda ilk dəfə olaraq UNEC-də tətbiq olunan tələbə rektor institutunun məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir. Ə.Muradov qeyd edib ki, tələbələr öz istək və tələblərini açıq surətdə ortaya qoya bilsinlər, tələbə dünyası ilə bağlı bütün məsuliyyəti öz üzərlərinə götürsünlər, tələbələrin intizam qaydaları belə onların təşəbbüsləri əsasında müəyyənləşsin və cəmiyyət kimi təşkilatlansınlar.
Rektor fəaliyyət müddəti bitmiş tələbə rektor Şahin Həsənovun bir il ərzində gördüyü işləri yüksək dəyərləndirib və onunla çalışmaqdan məmnunluğunu ifadə edərək, tələbələrlə apardığı işləri təqdirəlayiq hesab edib.
Ə.Muradov yeni seçilən tələbə rektora tövsiyələrini verib. UNEC-dəki yeniliklərin böyük əksəriyyətinin tələbə layihələri və təşəbbüsləri ilə həyata keçirildiyini vurğulayan rektor, tələbə təşkilatları ilə daha sıx şəkildə əməkdaşlıq etməyin, birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. UNEC tələbələrinin bilik yarışları və intellektual oyunlarda daha fəal iştirakının, cəmiyyətin tanınmış simaları ilə mütəmadi görüşlərin vacibliyini diqqətə çatdırıb.
Rektor Ş.Həsənovun üzərində çalışdığı “Tələbə senatı” və “Tələbə auditi” layihələrinin C.Hüseynovun uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Sonda Ş.Həsənov uğurlu fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. Ona dəstək göstərən tələbələrə isə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, UNEC yeganə ali təhsil müəssisəsidir ki, tələbə rektor da daxil olmaqla, 6 tələbə təşkilatının rəhbəri böyük elmi şurada tələbələri təmsil edir.

yuxarı ⤴