1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Təfəkküryönümlü kurikulumların tətbiqi zamanın tələbidir”
09.06.2017 / No21

 
 
 

 

 


Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə Naxçıvan Müəllimlər İnstitutu ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Təfəkküryönümlü kurikulumların tətbiqi zamanın tələbidir” mövzusunda birgə təşkil etdiyi elmi-praktik konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən Naxçıvan MR təhsil naziri Məmməd Qəribov təhsil islahatının qarşıya qoyduğu problemlərin məktəblərdə həyata keçirilməsi yollarından, qarşıya çıxan çətinliklərin həlli istiqamətlərindən ətraflı söhbət açıb. Bildirilib ki, bu gün bizim əsas vəzifəmiz təfəkküryönümlü, şəxsiyyətyönümlü və nəticəyönümlü kurikulumların tətbiqini düzgün həyata keçirməkdən və yüksək nəticələr əldə etməkdən ibarətdir. Ötən dövr ərzində Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Müəllimlər İnstitutu ilə birgə bu istiqamətdə müxtəlif mövzularda elmi-praktik konfranslar keçirib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Oruc Həsənli “Dərs prosesində təfəkküryönümlü kurikulumların tələbinə uyğun həyata keçirilməsi günün tələbidir” mövzusunda məruzə edib. Bildirilib ki, təhsil sahəsində kurikulum islahatının həyata keçirildiyi bir dövrdə müəllimlərin qarşısında duran əsas vəzifə demokratik prinsiplərə uyğun milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, geniş dünyagörüşlü, təşəbbüskar və yenilikləri qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Məlumdur ki, şagirdlərin səxsiyyət kimi inkişafında təfəkkürün formalaşdırılması çox mühüm amildir. Şəxsiyyətin formalaşmasında yaradıcı, məntiqi və tənqidi təfəkkürün inkişafı xüsusi rol oynayır. Tənqidi təfəkkürün formalaşması isə şagirddə xüsusi bacarıqlar formalaşdırır.
Qeyd olunub ki, təlim və tərbiyyənin hər bir şagirdin intellektual və ümumilikdə şəxsi inkişafına uyğun təşkili üçün maksimum şərait yaradılmasında psixoloji xidmətin, bu xidməti bilavasitə həyata keçirən praktik psixoloqların rolunun və əhəmiyyətinin dərk edilməsi, onların pedaqoji prosesin bütün sahələrinə dərindən nüfuz etmələri yeni pedaqoji təfəkkürün təzahürü kimi qiymətləndirilməlidir.
Sonra 14 nömrəli tam orta məktəbin direktoru Gülşən Ağayeva “Kurikulum islahatı şagirdlərin yaradıcılıq potensialının inkişafına imkan yaradır”, coğrafiya müəllimi Vüsalə Ələsgərova “Təhsildə standartlaşma prosesi və müəllimin peşəkar fəaliyyət standartları”, ibtidai sinif müəllimi Leyla Seyidova “Dərs prosesində İKT-dən, internetdən istifadə yolları və əhəmiyyəti” mövzularında çıxış ediblər. Sonra müxtəlif ixtisas müəllimlərinin sualları cavablandırılıb və mövzu ilə bağlı fikirləri dinlənilib.
 

yuxarı ⤴