1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim
09.06.2017 / No21

 
 
 

 

 


IT STEP akademiyasında məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib.
Təlimin əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, texniki yaradıcılıq sahəsində fəaliyyət göstərən dərnəklərin müasir tələblərə uyğunlaşdırılmasıdır. Təlimdə texniki yönümlü dərnəklərlə yanaşı, uşaqların erkən yaş qrupları üzrə intellektual klublarının dərnək rəhbərləri də iştirak edib.
Təlimin mövzusu “CodeClub” proqramı (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilinin öyrədilməsi olub.
Massaçusets Texnologiya Universiteti tərəfindən tərtib olunmuş “Scratch” proqramlaşdırma dili 8-16 yaşlı uşaqlarda yaradıcı, sistematik düşüncənin və komanda işi bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub, eyni zamanda proqram dərnək rəhbərlərinə tədris zamanı əlavə resurslardan istifadə imkanlarının genişləndirilməsinə xidmət göstərir.
 

yuxarı ⤴