1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII məclisi keçirilib
09.06.2017 / No21

 
 
 

 

 


Samirə KƏRİMOVA

İyunun 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII məclisi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans zalında keçirilən yığıncaqda paytaxt rayonlarının, eləcə də respublikanın müxtəlif bölgələrinin TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Öncə ATİAHİ Respublika Komitəsinin VII məclisinin gündəliyi və reqlamenti təsdiq olunub.
Sonra ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Emil Rüstəmov “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarında keçirilmiş hesabat -seçki yığıncaqlarının nəticələri barədə” hazırlanmış arayışı məclis iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış üçün söz alan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ATİAHİ Respublika Komitəsinin üzv təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarının uğurla başa çatdığını bildirərək yeni seçilmiş, həmçinin işlədikləri kollektiv tərəfindən yenidən etimad göstərilərək seçilən həmkarlar ittifaqı komitələrinin sədrlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. ATİAHİ Respublika Komitəsinin fəaliyyət istiqamətlərindən söz açan sədr təhsil sahəsində çalışanların istər iqtisadi, sosial rifahının yaxşılaşdırılmasının, hüquqlarının müdafiəsinə köməklik göstərilməsinin, istərsə də onların asudə vaxtlarının səmərəli təşkilinin bu qurumun diqqət yetirdiyi ən başlıca məsələlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Respublika Komitəsi öz fəaliyyətində tələbə gənclərlə aparılan işlərə xüsusi önəm verir, bir sıra məqsədyönlü tədbirlər həyata keçirir.
Daha sonra VII məclisdə ATİAHİ Respublika Komitəsinin XVII hesabat-seçki konfransının keçirilməsi, ona hazırlıq üzrə işçi qrupunun təşkili, gündəliyi və digər cari məsələlər müzakirə edilərək müvafiq qərar qəbul olunub.
Yığıncaqda həmçinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi ( təşkilatı)” müsabiqəsinin qaliblərinə ATİAHİ Respublika Komitəsinin Fəxri fərmanı təqdim edilib.
Sonda VII məclis ATİAHİ Respublika Komitəsinin XVII hesabat-seçki konfransının cari ilin 9 oktyabrında Bakı şəhərində keçirilməsini qərara alıb.
 

yuxarı ⤴