1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xəzər Universiteti QS təşkilatının reytinq siyahısında
09.06.2017 / No21

 
 
 

 

 


İyunun 8-də QS beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2017-ci il üçün reytinqini müəyyənləşdirib. Reytinq siyahısına görə Xəzər Universiteti dünya universitetləri arasında 701-750 aralığında yerləşir və Azərbaycan universitetləri arasında 1-ci yeri tutur. Qeyd edək ki, QS təşkilatı dünyada fəaliyyətdə olan təxminən 26000 universitet haqqında araşdırma aparmışdır. Xəzər Universiteti dünyanın 2.7% seçilmiş aparıcı universitetləri sırasına daxil edilmişdir.
QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir. Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.
Ayrıca olaraq, Xəzər Universiteti dünya universitetləri arasında beynəlxalq tələbələrin qəbuluna görə 388-ci, müəllim-tələbə nisbətinə görə 339-cu, xarici müəllimlərə görə isə 253-cü yeri tutub.
“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: www.topuniversities.com/university-rankings/world-university-rankings/2018
 

yuxarı ⤴