1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəbdə “Tarix gecəsi” keçirilib
09.06.2017 / No21

 
 
 

 

 


Saatlı rayon Qıraqlı kənd ümumi orta məktəbində tarix müəllimi Birdanə Məmmədlinin təşkilatçılığı ilə “Tarix gecəsi” keçirilib. Gecədə təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib. Bədii gecədə tarixin ən qədim dövrlərindən başlayaraq ən yeni dövrədək olan tarixi faktlara nəzər salınıb.
Sonra “Tarixi biliklər” mövzusunda tarixi-intellektual müsabiqə keçirilib. Müsabiqədə hər birində 5 iştirakçı olmaqla, 5 komanda iştirak edib. “Oğuz” komandası daha çox xal toplayaraq I yerə çıxıb. Qalib gələn komanda üzvləri diplomlarla mükafatlandırılıblar.
Daha sonra gecədə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴