1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Müəllim adını daşıyan peşə sahiblərinə həsədlə baxmışam”
09.06.2017 / No21

 
 

 

 


Dürdanə Abdullayeva: “Layiqli vətəndaşlar yetişdirmək qürurvericidir”

Növbəti müsahibimiz Qax rayonunun Əmircan kənd ümumi orta məktəbinin ingilis dili müəllimi Dürdanə Abdullayevadır. O, 1987-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Onunla iş başında görüşüb söhbət etdik.

- Dürdanə xanım, necə oldu müəllimlik peşəsini seçdiniz?
- Həmişə uca və şərəfli müəllim adını daşıyan peşə sahiblərinə həsədlə baxmışam. İstənilən peşə sahibinin yetişməsində müəllimin əməyi böyükdür. Bu gün cəmiyyətimiz, vətənimiz üçün layiqli övlad və vətəndaşlar yetişdirmək qürurverici bir haldır.
- Səs-küylü şəhər həyatından sonra kənddə yaşamaq və işləmək sizin üçün çətin deyilmi?
- Hər bir işdə çətinlik var. Amma çətinliklər işimdən aldığım zövqlə müqayisədə heç nədir. Şagirdlərimin gözlərində gördüyüm sevgi, səmimiyyət və hörmət kimi duyğulara görə bu peşəyə borcluyam.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Əsasən ingilis dilində yazılmış bədii ədəbiyyat oxuyuram. Asudə vaxtımı isə övladlarımla keçirirəm. Onlarla birlikdə Qax rayonunun görməli, gəzməli yerlərini tanımağa çalışıram.
- Nəyə görə işləmək üçün Qax rayonunu seçdiniz?
- Əvvəldən ucqar kənddə işləmək istəyirdim. Bu gün dövlətimiz tərəfindən ucqar yerlərdə işləyən bütün müəllimlərə lazımi şərait yaradılıb.
Bir də Qax rayonunun tarixi, təbiəti, insanlarının qonaqpərvərliyi haqqında çox eşitmişdim. İndi bunların artıq şahidiyəm. Kirayədə qaldığım evin sahibi, işlədiyim məktəbin pedaqoji kollektivi o qədər mehribandılar ki, bəzən başqa yerdə olduğumu unuduram.
- Son olaraq həmkarlarınıza nə arzulayardınız?
- Bütün həmkarlarıma, xüsusən də gənc müəllimlərə bu şərəfli yolda böyük uğurlar arzulayıram. Qoy onlar şagirdlərinin həmişə sevimlisi olsunlar.

Gunay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴