1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Narkomaniyaya yox deyək!”
09.06.2017 / No21

 
 
 

 

 


Şabran rayonu Pirəbədil kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektivi, şagirdlər, rayon polis şöbəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları iştirak ediblər.
Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Eldar Ömərov çıxış edərək bildirib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarından, qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin geniş vüsət almasının vacibliyini bildiriblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴