1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Şəhid Rövşən Nəbiyevin büstü açılıb
09.06.2017 / No21

 
 
 

 

 


Masallı rayonunun Təzəkənd kənd tam orta məktəbində təhsil ocağının məzunu olmuş şəhid Rövşən Sahib oğlu Nəbiyevin büstü açılıb. Bu münasibətlə şəhidin adını daşıyan məktəbdə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Rövşən Nəbiyevin nümunəvi hərbi xidmətindən, keçdiyi döyüş yolundan danışıb. Bildirib ki, biz Rövşən kimi qəhrəman oğullarla fəxr edirik.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, şəhidin müəllimi Hüseyn Abuşov, döyüş yoldaşı İlham Qurbanov, sinif yoldaşı, Qarabağ müharibəsi iştirakçısı Fuad Ağayev, axund Hacı Əlihəsən Rövşənin ömür yolunun gənclərə örnək olduğunu vurğulayıblar.
Şəhidin anası Atlas Nəbiyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mərasimdə şəhid Rövşən Nəbiyevin ruhuna dualar oxunub, abidəsi önünə tər çiçəklər qoyulub.
Sonda məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

yuxarı ⤴