1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Şagirdlər Azərbaycanın biomüxtəlifliyi ilə tanış olublar
09.06.2017 / No21

 
 

 

 


Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Zooloji muzeydə ekskursiyada olublar. Ekskursiyanın məqsədi şagirdləri Azərbaycanın biomüxtəlifliyi ilə tanış etmək, onlarda zoologiya fənninə maraq artırmaq olub.
Ekskursiya çərçivəsində şagirdlər muzeydəki eksponatlarla tanış olaraq, ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlər haqqında məlumat alıblar. Müzey işçiləri həmçinin şagirdləri Azərbaycanın “Qırmızı Kitabı” ilə tanış edərək, kitaba daxil olan növlər, onların mühafizə statusu və burada əks olunan məlumatların tərtib qaydaları haqqında izahatlar veriblər. Şagirdlər, öz növbələrində, heyvanlar haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər.
Sonda məktəbin müəllimləri müzeyin xatirə dəftərinə təəssüratlarını yazıblar.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴