1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının zona çempionatı
09.06.2017 / No21

 
 
 

 

 


Zaqatala şəhər 2 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının zona çempionatı keçirilib. Təhsil Nazirliyi və Nar mobilenin təşkilatçılığı ilə keçirilən yarışda Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının IX-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edib.
Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin intellekt və bilik səviyyəsinin, məntiqi təfəkkür bacarıqlarının inkişaf etdirilməsi, həmçinin şagirdlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.
Komandalara 3 mərhələdə 36 sual təqdim olunub. 19 suala düz cavab verən Zaqatalanın “Zirvə” komandası I yerə layiq görülüb.
Bilik yarışının zona mərhələsinin qaliblərinə təşkilatçılar tərəfindən kubok, medallar və hədiyyələr təqdim olunub.
 

yuxarı ⤴