1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Kiçik Akademiya” şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir
09.06.2017 / No21

 
 
 

 

 


Mingəçevir şəhəri 13 nömrəli tam orta məktəbdə istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək məqsədilə məktəbimizdə “Kiçik Akademiya” yaradılmışdır.
“Kiçik Akademiya” nın işində fəal iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Referat işlərinin müdafiəsi zamanı hər bir şagirdin işi münsiflər heyəti tərəfindən müzakirə edilir, onlara rəy yazılır, müvafiq olaraq I, II, III və həvəsləndirici yerlər verilir. Eyni zamanda istedadlı şagirdlər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunurlar.
“Kiçik Akademiya” nın fəaliyyəti bölmələr üzrə il boyu həyata keçirilir. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də şagirdlərimizin respublika və beynəlxalq olimpiadalarda, layihələrdə iştirakına nail olmaq üçün onların hazırlığına nəzarət etməkdir. Hər bir dərs ilinin sonunda isə “Kiçik Akademiya”nın il boyu gördüyü işlərə dair yekun hesabatı olur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədilə müəllim və şagirdlərin iştirakı ilə konfrans keçirilib. “Kiçik Akademiya”nın üzvləri konfransda referat işləri ilə çıxış ediblər. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi R.Süleymanova, Təhsil Nazirliyinin Elmi işlər üzrə regional meneceri N.Mustafayeva , “Kiçik Akademiya”nın vitse-prezidenti İ.Şirinova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Y.Kərimova, respublikanın əməkdar müəllimi, məktəbin direktoru T.Seidova və digər şəxslər iştirak ediblər.

İntizar ŞİRİNOVA,
Mingəçevir şəhəri 13 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

 

yuxarı ⤴