1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tələbələr üçün yeni qrant proqramı
09.06.2017 / No21

 
 

 

 


Oruc MUSTAFAYEV

Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti 2017-2018-ci tədris ili üçün qrant proqramı elan edib (edu.gov.az). Qrant proqramı türkdilli ölkələrdən gənclərin həmin universitetdə təhsil almaları məqsədilə həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına 15 məqsədli təhsil qrantı ayrılıb. Qrant barədə ətraflı məlumatı universitetin internet səhifəsindən (ayu.edu.kz) əldə etmək mümkündür. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları admission.ayu.edu.kz ünvanından qeydiyyatdan keçə bilərlər. Sözügedən keçid 01.06 - 30.06.2017-ci il tarixlərində aktiv olacaqdır. Proqram çərçivəsində tələbələrin təhsil haqqı, təqaüd, yataqxana və ildə bir dəfə vətənə gediş-gəliş xərci Qazaxıstan tərəfindən ödənilir.
Əsası 1991-ci il iyunun 6-da qoyulmuş ali məktəb Qazaxıstanın ilk beynəlxalq universiteti statusu daşıyır. Burada dünyanın 32 ölkəsindən 18 fakültədə 105 ixtisas üzrə 11 mindən artıq tələbə təhsil alır. Ali məktəbdə 8 ölkədən mindən artıq müəllim çalışır, onlardan 91 nəfər elmlər doktoru və professor, 226 nəfər elmlər namizədi və dosentdir.
Ali məktəbin təhsil fəaliyyəti 54 bakalavriat, 30 magistratura, 11 xüsusi doktorantura (PhD), 3 rezidentura, 7 internatura ixtisasları üzrə həyata keçirilir. Tədris qazax, türk, rus və ingilis dillərində aparılır. Universitetdə 22 təhsil proqramı əsasında distant təlim texnologiyaları fəaliyyət göstərir. Beynəlxalq universitetin tərkibinə 4 elmi-tədqiqat mərkəzi, Avrasiya Elm İnstitutu, 7 elmi-tədqiqat laboratoriyası və 70 elmi-tədqiqat qrupu daxildir.
 

yuxarı ⤴