1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Beynəlxalq Rus Dili Günü qeyd olunub
09.06.2017 / No21

 
 
 

 

 


Şakir CƏFƏROV

Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü münasibətilə orta ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən rus dili və ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının və “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinin nəticələrinin yekununa həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Tədbirin açılışı “Olimpiada-2017” filminin nümayişi ilə başlayıb.
Sonra Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxış edərək Azərbaycan xalqının mehriban, qonaqpərvər bir xalq olduğunu vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarışılıqlı etimad olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda rus dilinə məhəbbətin tarixi köklərindən danışıb, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini sadalayıb. O, Rusiya Prezidenti V.Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin yaxınlaşması sahəsindəki xidmətlərindən də söz açıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva rus dili və ədəbiyyatı üzrə olimpiadanın şagirdlərin bilik bazasının zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. M.Vəliyeva qalibləri təbrik edərək onlara fəxri fərman və mükafatlar təqdim edib.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb. O, uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. N.Əliyeva Rusiya Federasiyası ilə səmimi və isti münasibətlərin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətini qeyd edib. O, Prezident İlham Əliyevin ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirdiyini diqqətə çatdırıb. BSU-da hazırda Rusiya ilə bağlı Sankt-Peterburq və Moskva mərkəzlərinin, adıçəkilən şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fəaliyyət göstərdiyi vurğulanıb. Rektor Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlərdə Bakı Slavyan Universitetinin xüsusi rol oynadığını qeyd edib. O, keçirilən tədbirin də iki ölkə arasındakı qarşılıqlı hörmət və ehtiramın bir nümunəsi olduğunu nəzərə çatdırıb.

yuxarı ⤴