1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Zamanın tələbi
09.06.2017 / No21

 
 

 

 


İnteraktiv lövhə dərslərimi informativ və maraqlı qurmağa şərait yaradır

Tünzalə BAĞIROVA,
Şamaxı şəhəri, Elşən Hüseynov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zamanın tələbidir. Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interaktiv lövhədən geniş istifadə olunması tədris prosesinin daha yaddaqalan, maraqlı keçməsinə zəmin yaradır.
Hər bir şagirddə kiçik yaşlardan ətrafında gördüyü hər şeyi tanımaq, öyrənmək həvəsi olur. Əgər dərslər rəngarəng deyilsə, bu, şagirdlərin həvəsinin sönməsi deməkdir. Müasir dərs rəngarəng, emosional, effektiv olmalıdır. Bu zaman uşaqlara verilən biliklər uzun müddət unudulmayacaq, onun gələcək təhsilinin möhkəm əsasına çevriləcək. Dərslərin bu cür effektli keçməsi biz müəllimlərin üzərinə düşür.
Dərsdə kompüterdən istifadə olunması şagirdlərin marağına səbəb olur, onların diqqətini təlim materialı kimi təqdim edilən mövzunun üzərinə yönəldir. İnteraktiv lövhə mənə dərslərimi daha rəngarəng, informativ və maraqlı qurmağa şərait yaradır. Dərslərimin şagirdlər tərəfindən maraqla dinləyib tam qavramaları üçün İKT bacarıqlarından istifadə edirəm.
Mövzu: Pul.
Standart - 4.2.1 Pul vahidlərindən hesablamalarda istifadə edir.
Məqsəd:
1) Pul vahidləri ilə əməliyyatlara dair sadə məsələləri həll edir.
2) Azərbaycan Respublikasının pul vahidlərini tanıyır.
Dərsin tipi: İnduktiv.
İş forması: Kollektiv və qruplarla iş.
İş üsulu: Beyin həmləsi, əqli hücum, klaster.
İnteqrasiya: Həyat bilgisi 2.2.2, Texnologiya 1.3.2, təsviri incəsənət 2.1.4
Dərsin gedişi: İlk növbədə şagirdlərimə sual verirəm:
- Deyə bilərsinizmi, böyüyəndə hansı sənət sahibi olacaqsınız? Həmin sənət sahibinə riyaziyyat nə üçün lazımdır?
Ş.: Mən böyüyəndə yanğınsöndürən olmaq istəyirəm. Yanğınsöndürənə riyaziyyat ona görə lazımdır ki, yanan sahənin ölçüsünü bilsin, nə qədər su lazım olduğunu təyin etsin.
M.: Afərin.
Ş.: Mən böyüyəndə bağça müəllimi olmaq istəyirəm. Bağça müəlliminə riyaziyyat ona görə lazımdır ki, uşaqlara ilkin riyazi bilikləri öyrədə bilsin.
M.: Təşəkkür edirəm, maraqlı fikir söylədin.
Ş.: Mən böyüyəndə satıcı olmaq istəyirəm, satıcıya riyaziyyat ona görə lazımdır ki, toplama və çıxma əməlini bilsin və pul vahidlərini tanısın.
M.: Təşəkkürlər. Yalnız satıcı olmaq istəyən pul vahidlərini bilməlidir?
Ş.: Xeyr, müəllim. Bizim hər birimiz tanımalıyıq.
M.: Uşaqlar, xahiş edirəm, lövhəyə nəzər yetirəsiniz.



Uşaqlardan sualların cavabını aldıqdan sonra bilməzin şəklinin üzərinə vurur düzgün cavabı göstərirəm - Pul. Mövzunun adını aldıqdan sonra şagirdlərimə pulun yaranma tarixi,dəmir və kağız pullarımız haqqında danışıram. Elektron lövhənin köməyi ilə pullarımızın şəkillərini göstərirəm.
Tədqiqat sualı - Pul vahidlərimiz haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması - Qruplarla iş.
Qruplarla işə başlamazdan əvvəl qruplar qarşısında qoyulan tələbləri lövhədə göstərirəm.
1. Bir-birinizi dinləməyə çalışın.
2. Yoldaşlarınızın fikrinə hörmətlə yanaşın.
3. Qruplar arasında sağlam rəqabət aparın.
4. Vaxtdan səmərəli istifadə edin.
5. Əməkdaşlıq edin.
Qrup işləri paylanır.
1-ci qrup: 1. Aydan dondurma almaq istəyir. Dondurma 30 qəpikdir. Onun 5 ədəd 3 qəpiyi, 2 ədəd 5 qəpiyi, 1 ədəd 10 qəpiyi var. Sizcə, Aydan satıcıya 30 qəpiyi neçə qəpiklərlə verə bilər? Cavablar: 3+3+3+3+3+5+10=30 qəpik




2. Xəritə hansı atribut üzərində verilib? Xəritədə hansı hissəni istəsəniz rəngləyin.
Cavab - Xəritə milli atributumuz olan pulun üzərində təsvir olunub. Biz burada Xəzər dənizini və Bakı şəhərini rəngləmişik. Çünki bildiyimiz kimi, bu il respublikamızda İslam oyunları keçirilib. Bu oyunların simvolu Xəzər dənizinin suyu olduğundan, oyunlar da Bakı şəhərində keçirildiyindən biz məhz bu hissələri rəngləmişik.
2-ci qrup: Topla və müqayisə et



Cavab: 14 qəpik>8 qəpik
2. Seymurda 10 qəp, 5 qəp, 3 qəp varsa, özünə nə ala bilər? Həmin şəkli rənglə.



Cavab: 10 qəp + 5 qəp + 3 qəp = 18 qəp - Şar ala bilər
3-cü qrup: Emil satıcıya saqqız almaq üçün 20 qəpik verdi. Əgər saqqız 10 qəpikdirsə satıcı Emilə neçə qəpik qaytaracaq? Cavab: 20 qəp-10 qəp=10 qəp
2. Kağız üzərindəki qəpik pul şəkillərini kəsib artan sıra ilə yapışdır
4-cü qrup: Gülşənin 10 manat, 5 manat, 3 manat pulu var. Gülşənin cəmi neçə manat pulu var? Cavab: 10 man+5 man+3 man=18 man
2. Pulların adını yazın və hansı ölkəyə aid olduğunu qeyd edin.



Cavab: Amerika - dollar, Azərbaycan - manat, Rusiya - rubl
5-ci qrup: Aydının 20 manat pulu var. O, dostlarına 5 manatlıq pizza, 5 manatlıq şirə, 5 manatlıq şirniyyat aldı. Qalan pulunu isə oyunlara sərf etdi. Aydının neçə manat pulu qaldı? Cavab - 20 man-5 man-5 man-5 man-5 man=0
2. Qənaətcil olmaq haqqında nə deyə bilərsiniz?
- Qənaətcil olmaq əslində ən vacib olan şərtdir. Pulsuz yaşamaqdansa pulunu ehtiyatla, yəni düzgün şəkildə xərcləmək lazımdır.
Qrupların qiymətləndirməsini standartdan çıxarılmış meyarlar əsasında aparıram.
Qeyd edim ki, qiymətləndirmə zamanı təqdimata, vaxtdan istifadəyə də fikir verilir.
Sonra şagirdlərə elektron lövhənin köməyilə maraqlı tapşırıqlar verir, kollektiv iş aparıram. Lövhədə sərbəst işləmələrini təmin edirəm.
Nəticə: Hər bir dövlətin özünün pul vahidi olur. Bu pul milli pul adlanır. Azərbaycanın milli pulu manatdır. 1 manat 100 qəpikdir. Manat kağızdan, qəpik metaldan hazırlanır. Azərbaycan Respublikasında işçilərin əməkhaqqı, dükan və bazarlarda alınan malların dəyəri manatla ödənilir. Pul həm bərəkət, həm də dövlət rəmzidir. Ona görə də pula hörmətlə yanaşmalıyıq. Pulumuz halallıq və təmizlik sevir.
Ev tapşırığı: Hər bir şagirdə rəngli şəkillərdən istifadə edərək məsələlər qurulmuş vərəqlər paylanır.
Kollektiv işlə bağlı qiymətləndirmə aparıram:
Ən yüksək: Pul vahidləri ilə əməliyyatlara dair sadə məsələləri həll edir və qəpiklərin tərkibini hesablayır. Pul vahidlərimizi tanıyır.
Yüksək: Pul vahidləri ilə əməliyyatlara dair sadə məsələləri həll etməyə çalışır. Pul vahidlərimizi tanıyır.
Orta: Pul vahidləri ilə əməliyyatlara dair sadə məsələləri həll edərkən çətinlik çəkir. Pul vahidlərimizi tanıyır.

 

yuxarı ⤴