1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Elektromaqnit rəqsləri və dalğaları” mövzusunun tədrisi, onların təcrübi tətbiqləri
09.06.2017 / No21

 
 

 

 


Tacəddin VAHİDOV,
ADPU-nun dosenti, respublikanın qabaqcıl təhsil işçisi

Orta məktəbin fizika kursunda “Elektromaqnit rəqsləri və dalğaları” mövzusunun tədrisi xüsusi əhəmiyyətə malikdir. Müasir radioelektronika qurğuları məhz bu mövzuda öyrənilən elmi və praktik məsələlərlə bağlıdır. Verilən vaxtın azlığına görə bu məsələləri bütövlükdə şagirdlərə çatdırmaq imkanı məhduddur. Bu baxımdan mövzunun tədrisində bəzi məsələlərin vacibliyini nəzərə alaraq elmi-metodik cəhətdən tətbiqi məsələlərə diqqət yetirməyi lazım bildik.
Şagirdlərə çatdırmaq lazımdır ki, müasir həyatımızda tez-tez rast gəldiyimiz avtomatlaşdırma, teleidarə məhz bu mövzuda öyrədilən elektromaqnit rəqsləri və dalğalarının tətbiqi ilə həyata keçirilir. Elmin məhsuldar qüvvəyə çevrilməsi bu mövzunun tədrisində daha çox diqqəti cəlb edir.
Orta məktəb fizika kursunda bəhs edilən mövzunun xüsusi çəkisi daha çoxdur. Bu sahəyə marağın artması mövzunun tədrisində müəllimdən daha diqqətli olmağı tələb edir. Məhz “Elektromaqnit rəqsləri və dalğaları” mövzusunun tətbiqləri ilə yaradılan texniki qurğular insanın təkcə fiziki əməyini deyil, həm də zehni əməyini yüngülləşdirir, istehsal proseslərini sürətləndirir, ölkənin müdafiə qüdrətinin artmasına stimul yaradır.
Bu tətbiqlər olmasaydı bəşəriyyət rabitə vasitələrindən, avtomatika, telemexanika və radioelektronikanın nailiyyətlərindən istifadə edə bilməzdi. Avtomatik qurğular insanların gördüyü işi çox sürətlə və səhvsiz yerinə yetirir.
Telemexanika istehsalat sahəsi ilə idarə sistemini bir-birinə yaxınlaşdırır, uzaqdan idarəyə imkan verir.
Radioelektronika xətsiz mobil rabitəyə daxil olmaqla insanların səma cismləri, onlara qədər məsafəni, onların relyefini, atmosferini öyrənməyə imkan yaradır. Məhz bu sahənin “köməyi” ilə insanlar uzaq məsafədən bir-birləri ilə danışır. Sosial və iqtisadi həyatda “Elektron hökumətin” yaradılması ilə idarə sisteminin qurulması da radioelektronikanın məhsuludur. Elm bu nailiyyətlərə çatmaq üçün çətin daşlı-kəsəkli yolları qət etmişdir.
Elektrik sahəsi, cərəyanlı naqilin maqnit sahəsi, elektromaqnit induksiyası, elektromaqnit sahə nəzəriyyəsi, elektromaqnit dalğalarının təcrübi alınması, radionun kəşf edilməsi, şəklin uzaq məsafəyə göndərilməsi kimi problemlər yolun çətinliyinin müxtəsər göstəricisidir.
“Elektromaqnit rəqsləri və dalğaları” mövzusu tədris edilərkən müəllim yeri gəldikcə dərs zamanı elmi əsaslarla yanaşı, onların həyatda vacib tətbiqlərini də unutmamalıdır.
Bunu nəzərə alaraq bu mövzunun tədrisində bəzi məsələləri diqqətə çatdırmağı lazım bildik.

Elektromaqnit rəqsləri. Rəqs konturu

İnduktivlikdən və tutumdam ibarət qapalı elektrik dövrəsinə rəqs konturu (şəkil 1) deyilir. Rəqs konturunda induksiya sarğacını (induktivlik) və kondensatoru birləşdirən və qapalı elektrik dövrəsi əmələ gətirən naqillərin müqavimətinə omik müqavimət və ya aktiv müqavimət deyilir. Deməli, hər bir rəqs konturunda üç əsas element - induksiya sarğacı (induktivlik L), kondensator (tutum C), omik (müqavimət R) olur. Buna görə də L, C və R kəmiyyətlərinə rəqs konturunun parametrləri deyilir.
Bu kəmiyyətləri təyin etmək üçün istifadə edilən düsturlarda müəyyən oxşarlıq vardır:




Göründüyü kimi, hər üç parametr naqilin, sarğacın və kondensatorun xətti ölçülərindən və bunların hazırlandığı maddənin fiziki xassələrindən, məsələn,naqilin xüsusi müqavimətindən (ρ), 19-4 sarğac nüvəsinin maqnit nüfuzluğundan ( n) 19-5 və kondensator növləri arasındakı dielektrikin dielektrik nüfuzluğundan (εn) 19-6 asılıdır. Hər üç kəmiyyət aşağıdakı bərabərliklərdə mütənasiblik əmsalı rolunu oynayır.

E=IR, Ф=LI, Q+CU

Bu ifadələrdən görünür ki, R, L və C dövrədəki gərginlikdən və ya cərəyan şiddətindən asılı olmayıb, ancaq maddənin halından asılı olan kəmiyyətdir.
Mexaniki rəqslərdə olduğu kimi, rəqs konturunda da rəqslər sərbəst və məcburi ola bilər. Kontura bir dəfə enerji verib, onda əmələ gələn periodik təkrar olunan çevrilmələri müşahidə edəriksə, bu halda konturda əmələ gələn rəqslərə sərbəst deyilir. Məxsusi rəqslər isə kontura daxil olan kondensatorun tutumundan və sarğının induktivliyindən asılıdır.
Əgər kontura arası kəsilmədən dəyişən cərəyan mənbəyindən enerji verilməklə ondakı rəqslər müşahidə edilərsə, bu rəqslər məcburi rəqslər adlanır.
Fərz edək ki, rəqs konturundakı sarğacdan dəyişən cərəyan buraxmaqla və ya kondensatoru yükləməklə ona ilk enerji ehtiyatı vermişik. Konturda əmələ gələn rəqslərin xarakteri bu enerji ehtiyatının hansı yolla verilməsindən asılı deyil. Tutaq ki, kondensator sabit cərəyan batareyasına birləşdirilməklə yüklənmiş və batareyanı dövrədən kənar etmişik. Bu halda yüklü kondensatordan və sarğacdan ibarət qapalı elektrik dövrəsində rəqs başlayır, konturda elektronlar sarğacdan keçərək kondensatorun alt lövhəsindən üst lövhəsinə daxil olacaq (şəkil 1). Başqa sözlə, dövrədən cərəyan keçəcəkdir. Sarğacın təsiri nəticəsində dövrədə cərəyan birdən-birə yox, tədricən artır. Alt lövhədən üst lövhəyə elektronlar keçdikdə kondensatordakı gərginlik də azalacaq, yəni kondensator lövhələrinin potensialları tədricən bərabərləşəcək və kondensator boşalacaqdır. Kondensatorun boşalması prosesində elə bir an gəlir ki, alt lövhədəki bütün artıq elektronlar üst lövhəyə keçir və nəticədə kondensatorun gərginliyi sıfır olur. Dövrədəki cərəyan kondensatorun gərginliyi hesabına yarandığından və kondensatorun tam boşalması anında gərginlik sıfır olduğundan cərəyan da sıfır olmalı idi. Lakin dövrədəki sarğacda əmələ gələn öz-özünə induksiya e.h.q. hesabına dövrədən Lens qaydasına görə əvvəlki cərəyan axır. Beləliklə, elektronlar kondensatorun üst lövhəsinə yığılaraq, onu mənfi yükləyir və kondensator lövhələri arasında müəyyən potensiallar fərqi yaranır. Bu zaman kondensatorun gərginliyi getdikcə artır. Üst lövhəyə yığılan elektronların sayı tədricən artdığından kondensatordakı gərginliyin müəyyən maksimum qiymətində dövrədən keçən cərəyan sıfır olur və kondensatordakı gərginliyin işarəsi əvvəlkinin əksinə dəyişir. Yəni, üst lövhə əvvəlcə müsbət yüklənmişdisə, indi mənfi yüklənir. Kondensatorun sonrakı boşalmasında elektronlar üst lövhədən alt lövhəyə keçəcək və dövrədəki cərəyanın istiqaməti əvvəlkinin əksinə olacaqdır.
Kondensator yüklənmiş vəziyyətdə olduqda kontura verilən bütün enerji ehtiyatı kondensatorun elektrik sahəsinin enerjisindən, tam boşalmış vəziyyətdə olduqda isə sarğacın maqnit sahəsinin enerjisindən ibarət olur. Kondensatorun sonrakı dolub-boşalma proseslərində ondakı gərginlik və dövrədəki cərəyan dəyişmələri yuxarıda dediyimiz ardıcıllıqla periodik təkrar olunacaqdır.
Dövrədə cərəyanın, kondensatorda isə gərginliyin qeyd etdiyimiz periodik dəyişməsi prosesinə konturda sərbəst rəqslər deyilir.
Dövrədəki cərəyanın və ya kondensatordakı gərginliyin tam dəyişməsi prosesinə sərf olunan vaxta rəqslərin periodu (T) deyilir.
Sərbəst rəqslər harmonikdir, yəni dövrədə cərəyanın və kondensatorda gərginliyin dəyişməsi sinus qanununa tabedir. Rəqs, burada təkcə cərəyanın və gərginliyin yox, həm də enerjinin dəyişməsi üçün səciyyəvidir. Yəni kondensatorun elektrik sahəsinin enerjisi 1/4 T qədər müddətdə sarğacın maqnit sahəsinin enerjisinə çevrilir. Yenə 1/4 T keçdikdən sonra sarğacın maqnit sahəsinin enerjisi yenidən kondensatorun elektrik sahəsinin enerjisinə çevrilir.
Sərbəst rəqslərin periodu ancaq rəqs konturu parametrlərindən asılıdır və Tomson-Kelvin düsturu ilə təyin edilir:




Burada T rəqs periodu, L sarğacın induktivliyi, C kondensatorun tutumudur.
Konturda əmələ gələn sərbəst rəqsləri nəzərdən keçirərkən birləşdirici naqillərin omik müqavimətinin təsiri nəzərə alınmamışdır. Əslində bu naqillərdən cərəyan keçdikdə Coul istiliyi ayrılır. Ona görə də zaman keçdikcə kontura verdiyimiz ilk enerji azalır və konturda rəqslər sönür. Bu halda rəqs amplitudu da getdikcə azalır və nəhayət, sıfra çevrilir, çünki verdiyimiz enerji ehtiyatının hamısı Coul istiliyinə çevrilir. Ona görə də sərbəst rəqslər sönən rəqslərdir. Dövrədəki omik müqavimət nə qədər çox olarsa, rəqslər də bir o qədər tez sönər.
Rəqslərin sönməyən olması üçün periodik olaraq dövrəyə itən enerji qədər enerji verilməlidir. Bu halda konturdakı rəqslər kəsilmədən xarici təsirə məruz qalır. Bu təsir, adətən dəyişən cərəyan mənbəyinin e.h.q.-dən ibarət olur. Belə rəqslərə məcburi rəqslər deyilir. Məcburi rəqslərin amplitudu uzun müddət sabit qalır. Məcburi rəqslərin tezliyi sərbəst rəqslərinkindən fərqli olaraq kontur parametrlərindən asılı olmur və kontura qoyulan e.h.q.-nin tezliyinə görə təyin edilir. Dəyişən cərəyan mənbəyi rəqs konturuna daxil edildikdə kontura arası kəsilmədən enerji verildiyindən əmələ gələn məcburi rəqslər sönməyən olur.
Bu rəqslərin amplitudu uzun müddət sabit saxlanıla bilir. Məcburi rəqslərin tezliyi kontura daxil edilən dəyişən e.h.q.-nin tezliyinə bərabər olur və yuxarıda qeyd etdiyimiz kimi, kontur parametrlərindən asılı olmur. E.h.q.-nin qiymətini dəyişməmək şərti ilə onun tezliyini dəyişsək, məcburi rəqslərin amplitudu dəyişər. Xarici e.h.q.-nin tezliyi konturun sərbəst rəqslərinin tezliyinə yaxınlaşdıqca konturdakı məcburi rəqslərin amplitudu da kəskin artır. Bu hadisəyə rezonans deyilir. Rəqs konturunda enerji itkisi əmələ gətirən omik müqavimət azaldıqca məcburi rəqslərin amplitudu artır. Belə halda məcburi rəqslərin amplitudunun bu rəqsləri əmələ gətirən e.h.q. tezliyindən asılılığı müşahidə olunur.

yuxarı ⤴