1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Uşaqlar yer üzünün bəzəyidir”
09.06.2017 / No21

 
 
 

 

 


Zəfər ORUCOĞLU

Lerik rayonunun Hamarat kənd tam orta məktəbində “Uşaqlar yer üzünün bəzəyidir” adlı tədbir keçirilib. Tədbiri məktəbin direktoru Güloğlan Hadıyev açıb. O, müstəqil respublikamızda uşaqlara böyük qayğının olduğunu bildirib. Vurğulayıb ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Valideynlərdən Mikayıl Orucov, Zaman Məmmədov, Fuad Hüseynov, Teyyub Qurbanov və başqaları uşaq və yeniyetmələrin həyat səviyyəsinin yüksəldilməsi, təlim-tərbiyəsinin təşkili istiqamətində ölkə rəhbərliyinin apardığı siyasəti dəstəklədiklərini deyiblər.
Balaca məktəblilərin hazırladığı əyləncəli-musiqili proqram iştirakçıların marağına səbəb olub. Onlar ulu öndər Heydər Əliyevə, Vətənə, Milli Ordumuza aid şeirlər söyləyib, “Hərəmiz bir çiçək” adlı kompozisiya göstəriblər. Yaxşı oxuyan uşaqlara hədiyyələr verilib. Tədbir istedadlı uşaqların əl işlərindən təşkil olunmuş sərgiyə baxışla tamamlanıb.
 

yuxarı ⤴