1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
11.06.2016/№22

 
 


Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasının davamlılığını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. 2016-2017-ci tədris ilində inklüziv təhsilin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan dörd ümumtəhsil məktəbində tətbiqinə dair Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. 2016-2017-ci tədris ilində Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən edilsinlər.
3. Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılsın.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot seçilmiş məktəblərə göndərilməsini və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etsin.
5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müəssisələrin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlər görsün.
6. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət təhsil nazirinin müşavirinə (Ə.Zeynalov) həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 iyun 2016-cı il

 

 

yuxarı ⤴