1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Yarışların qalibləri mükafatlandırılıb
11.06.2016/№22

 
 


Naxçıvan Dövlət Universitetində 28 May - Respublika Günü münasibətilə keçirilən yarışların qaliblərinin mükafatlandırma mərasimi olub. Tədbirdə NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə keçirilən müxtəlif yarışların kütləvi hal almasını tələbə gənclikdə elmi təfəkkür, sağlam düşüncə və fiziki hazırlığın inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm rol oynadığını vurğulayıb.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov məlumat verib ki, “Universitet 2016” XIII çempionat çərçivəsində 28 May - Respublika Günü münasibətilə keçirilən fakültələrarası futbol yarışının qalibi tibb fakültəsinin futbol komandası olub. Tarix-filologiya fakültəsinin keçirdiyi intellektual yarışmada isə 4 komanda iştirak edib. Tarix müəllimliyi ixtisasının tələbələrindən ibarət komanda I yerə, jurnalistika ixtisası tələbələrinin təmsil olunduğu komanda isə II yerə layiq görülüb.
Tibb fakültəsinin futbol komandasının kuboku komandanın kapitanı, əczaçılıq ixtisasının II kurs tələbəsi Nicat Ağamalılıya təqdim olunub. Tarix-filologiya fakültəsinin təşkil etdiyi intellektual yarışmada xüsusi fərqlənən komanda üzvlərindən tarix müəllimliyi ixtisasının tələbələri Türkanə Zeynalova, Zülfin Kərimova və Səkinə Hüseynova I dərəcəli, jurnalistika ixtisasının tələbələrindən Kazım Kazımov, Badəm Məmmədova, Məmmədbağır Dünyamalıyev, Türkay Həsənov II dərəcəli diplomlarla təltif olunublar.

Mehriban SULTAN

 

 

yuxarı ⤴