1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Şaolin döyüş sənəti üzrə Bakı çempionatının qalibləri müəyyən olunub
11.06.2016/№22

 
 


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 111 nömrəli orta məktəbin idman zalında şaolin döyüş sənəti üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda 8 klub və idman cəmiyyətini təmsil edən 63 idmançı birincilik uğrunda mübarizə aparıb.
Yekun nəticələrə görə, Mirəli Məmmədzadə, Polad Hüseynov, Miryaqub Əhədov, Anar Babayev, Ruslan Hüseynov, Əjdər Əkbərov, Nurlan Mehdiyev, Aqil Həsənov, Yusif Ağayev, Ələkbər Ələkbərov, Heydər Hüseynli, Samir Əjdərli, Cəlal Cəlallı, Rəfael Xəlilov, Nicat Heydərov və İlkin Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

 

yuxarı ⤴