1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Mini-futbol yarışı üzrə final oyunları keçirilib
11.06.2016/№22

 
 


Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında paytaxt məktəbliləri arasında XXVIII Spartakiadanın proqramına daxil olan mini - futbol növü üzrə yarışın final oyunları keçirilmişdir.
V-VI sinif şagirdləri arasında keçirilən yarışın yekun nəticəsinə görə 141 nömrəli tam orta məktəbin komandası I, 189-190 nömrəli tam orta məktəbin komandası II, 5 nömrəli tam orta məktəbin komandası III yerin sahibi olmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, XXVIII Spartakiadanın baş hakimi Adil Ağayev, Baş İdarənin baş məsləhətçisi, XXVIII Spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşdur.
XXVIII Spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar) və mini-futbol növləri üzrə yarışlarından sonra Xətai rayonu I, Sabunçu rayonu II, Suraxanı rayonu III, Qaradağ rayonu IV, Yasamal rayonu V, Nəsimi rayonu VI, Nərimanov rayonu VII, Səbail rayonu VIII, Binəqədi rayonu IX, Nizami rayonu X və Xəzər rayonu XI yerləri tutmuşlar.

www.baku.edu.gov.az


 

 

yuxarı ⤴