1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti 2016/2017-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir
11.06.2016/№22

 
 


Əyani təhsil forması üzrə:
Gəncə Dövlət Universitetində fəaliyyət göstərən bütün ixtisaslara

Qiyabi təhsil forması üzrə:
1. İqtisadiyyat
2. Mühasibat uçotu və audit
3. Tarix
4. Sosial iş
5. Bədən tərbiyəsi və idman

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- əmək kitabçasının surəti;
- 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- sağlamlıq haqqında arayış.

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisindəki tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil - əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Qeyd: Sənədlər 2016-cı il iyu1 ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.30-dək GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.

Ünvan: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57 Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon: (022) 264-24 -44; (055) 296-66-86

REKTORLUQ
 

 

yuxarı ⤴